Bu gün MMA döyüşçüsü Elnar İbrahimov növbəti döyüşünü keçirəcək. Bu haqda 25 avqust tarixində Bakuplus.az məlumat verir.
Yüngül çəki dərəcəsində döyüşən Dünya və Avropa çempionu İbrahimov avqustun 25-də saat 19:00-da Qazaxıstanın Almatı şəhərində keçirilən “Naiza 42” çempionatında iştirak edəcək. Onun rəqibi qazaxıstanlı döyüşçü Rayımbek Orınbay olacaq.
Elnar İbrahimov ümumi 23 görüş keçirib, onlardan 17-si qalibiyyətlə sonlanıb. Rayımbek Orınbay isə keçirdiyi 9 görüşdən 6-da qələbə qazanıb.