Noyabr ayında Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının loqosu, maskotu və medalları təqdim olunub. Bu haqda bu gün, 9 sentyabr tarixində Report məlumat verib.
Çempionatın təntənəli açılış mərasimi 8 Noyabr - Zəfər Günündə keçiriləcək və bu münasibətlə çempionatın loqosunda xarıbülbülün rənglərindən istifadə olunub.
Medalların üz tərəfində səkkizguşəli ulduz şəklində ev sahibi ölkənin adı və cüdoçuların təsvirləri həkk olunub.
Dünya Kubokunun maskotu “Yenilməz” adlanır. Maskot Azərbaycan idmançılarının döyüş ruhunu simvolizə edən alovlu gəncliyi xatırladır.
[caption id="attachment_69151" align="alignnone" width="1024"]
Foto Report.az saytı[/caption]