"Dərsdən sonra" sərgisində şahmat turniri keçiriləcək. Bu haqda 4 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Belə ki, 8 oktyabr saat 11:00-da “Passage 1901”-də başlayacaq “Blits” turniri 6-16 yaş qrupu arasında olan uşaqlar üçün nəzərdə tutulub. Bütün iştirakçılar sertifikatla təltif olunacaqlar, qaliblərə isə medal və diplom veriləcək.
Turnirdə iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün uşağın ad və soyadını, yaşını və dərəcəsini 0555819998 nömrəsinə yazmaq lazımdır.
İştirak haqqı 5 manatdır.