top
1 milyona yaxın pul mənimsəyən direktor apellyasiya şikayəti verib
25 oktyabr 2022, 07:00
- ↺ +

1 milyona yaxın pul mənimsəyən direktor apellyasiya şikayəti verib

Hüseynqulu Sarabski adına 7 saylı musiqi məktəbinin külli miqdarda mənimsəməyə görə həbsdə olan sabiq direktoru apellyasiya şikayəti verib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 25 oktyabr tarixində xəbər verir.

Bakı Apellyasiya Məhkəməsində 1 ilə yaxın müddətdə yenidən araşdırılan sabiq direktor Mehriban Rüstəmova ilə bağlı qüvvədə olan hökm qismən dəyişdirilib.

Mehriban Rüstəmova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, məktəbdə çalışan ayrı-ayrı müəllimlərə məxsus əməkhaqqı kartlarını qanunsuz ələ keçirib həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomatdan şəxsən çıxarmaqla, habelə müəllimlərin əməkhaqqı kartlarına köçürülmüş aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edərək 910 min manat pul vəsaitini mənimsəyib.

Xidməti otağında, ona məxsus Nəsimi rayonunda yerləşən yaşayış evində və avtomobilində keçirilmiş axtarış nəticəsində rəhbərlik etdiyi musiqi məktəbinin müəllimlərinin adlarına olan 40 ədəd plastik kart, müxtəlif ölkələrin valyutalarında saxlanılan 40 min manata yaxın pul vəsaiti, musiqi məktəbinin şagirdlərinin adına olan 36 ədəd şəhadətnamə, məktəbin tarifləşmə və tabel cədvəlləri, əmr kitabı, 1 ədəd notbuk və iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.

M. Rüstəmova pul vəsaitlərini ələ keçirərərək mənimsəməsini özü də etiraf edib.

Toplanmış sübutlar əsasında Mehriban Rüstəmovaya Cinayət Məcəlləsinin 179.4, 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə M. Rüstəmova 10 il 6 ay azadlıqdan məhrum edilmişdir.

Apellyasiya məhkəməsində hakim Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən Mehriban Rüstəmova barəsində Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittihamı ləğv edib.

Yekun qərara əsasən, ittiham olunan sabiq direktorun cəzası 3 ay azaldılaraq 10 il 3 aya endirilib.

Hökmün qalan hissələri dəyişdirilmədən saxlanılıb.

Son xəbərlər

Xəbər
Bu gün, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Bu gün, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Bu gün, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Bu gün, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Xəbər
Dünən, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
Dünən, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
Dünən, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Xəbər
Dünən, 15:56

Bakıda yaşayan Diana Pakistanda təcavüzə məruz qaldı  - vətənə göndəriləcək

Xəbər
Dünən, 15:30

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

Xəbər
Dünən, 15:00

Ombudsmanın maaşı 4 dəfə artırıldı - 12 min manat oldu

Xəbər
Dünən, 14:37

Rəssam  77 yaşında vəfat etdi

Xəbər
Dünən, 14:07

Azərbaycan əsilli SABI özəl çıxışına görə 100 min dollar qonorar alıb

Xəbər
Dünən, 13:26

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu

Xəbər
Dünən, 12:56

Bakıda sabahın hava proqnozu

Xəbər
Dünən, 12:07

Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı

Xəbər
Dünən, 11:18

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:37

Zabratda 62 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Dünən, 10:23

Bu gün xanəndə Səxavət Məmmədovun anım günüdür

Xəbər
Dünən, 09:47

Prezident İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Dünən, 09:36

Ələtdə avtomobil yandı

Xəbər
Dünən, 00:01

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Xəbər
29 sentyabr 2026, 18:00

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanından keçib

Xəbər
29 sentyabr 2026, 17:38

"Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir" - ŞİKAYƏT

Xəbər
29 sentyabr 2026, 17:25

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü

Oxşar xəbərlər