Bakı Hava Limanında kranın aşması nəticəsində həlak olan kişinin Milli Aviasiya Akademiyasının mühasibat şöbəsinin rəisinin oğlu olduğu bildirilir. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Verilən məlumata görə, mərhum İqor Prokofyevin anası Svetlana Prokofyeva Milli Aviasiya Akademiyasının mühasibat şöbəsinin rəisidir.
22 sentyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda yükdaşıyan kranın aşması nəticəsində paytaxt sakini Prokofyev İqor Vladimiroviç ölüb. Nuriyev Zaur Tofiq oğlu isə xəsarət alıb və ilkin tibbi yardımdan sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.