Narkotik satan dəstənin daha 49 üzvü saxlanılıb. Bu haqda 3 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakıda narkotiklərin satışını təşkil edən transmilli mütəşəkkil dəstənin daha 49 nəfər üzvü saxlanılıb. Həmin şəxslərdə ümumilikdə 66 kiloqram narkotik vasitə və psixotrop maddə, 2300 ədəd psixotrop tərkibli həb, 2 tapança və 1 ədəd tüfəng aşkar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
[caption id="attachment_72762" align="alignnone" width="640"]
Foto DİN-in rəsmi Youtube kanalı[/caption]