Bakıda yaşlı kişi itkin düşüb. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
65 yaşlı Əmiraslan Sadıqov 16 may tarixində gecə saatlarında evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. Yaşlı kişinin yaddaş problemi olduğu bildirilir.
Onu görənlərdən polislə və ya (055) 265-87-27 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.