Bakıda yol polisinin qanuni tələblərinə əməl etməyən moped sürücüsü həbs olunub. Bu haqda BakuPlus.az Avtosfer-ə istinadən bu gün, 3 sentyabr tarixində xəbər verir.
Bakı şəhər sakini, 18 yaşlı Zayıdov İnqilab Rövşən oğlu aprelin 29-u Bakının mərkəzi küçələrində yol polisinin qanuni tələblərinə əməl etməyərək idarə etdiyi nəqliyyat vasitəsini dayandırmadan, Bakıxanov və Səməd Vurğun küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Sürücü mopedi dəbilqəsiz idarə etdiyi üçün tabesizlik göstərib, daha sonra Səməd Vurğun küçəsində əks istiqamətli zolağa çıxıb.
Sonda sürücü və yanındakı sərnişin saxlanılıblar.
Məhkəmənin qərarı ilə Zayıdov İnqilab Rövşən oğlu 10 gün müddətinə azadlıqdan məhrum edilib. Onun yanındakı digər şəxslə bağlı isə toplanmış materiallar yaşadığı ərazi üzrə Yasamal rayon Məhkəməsinə göndərilib.