Binəqədi rayonunda polis əməkdaşları tərəfindən silah ələ keçirilib. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Əldə olunan məlumat əsasında polis tərəfindən əməliyyat aparılıb. Keçirilən tədbirlər nəticəsində Bərdə rayon sakini Elgün Dadaşovdan karabin götürülüb. Verilən məlumata görə, həmin şəxs əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunub.
Faktla bağlı araşdırma aparılır.