top
Binədə makleri öldürənə HÖKM OXUNDU
08 oktyabr 2026, 15:20
- ↺ +

Binədə makleri öldürənə HÖKM OXUNDU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində Binə qəsəbəsində Səlim Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Maksim Əhmədova hökm oxunub.

Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Maksim Əhmədovun 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini elan edib.

Dövlət ittihamçısı çıxışında təqsirləndirilən Maksim Əhmədovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, hadisə 2025-ci il aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, gəzdirmə) cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən Səlim Əliyevin Binə qəsəbəsində ev alqı-satqısı ilə məşğul olduğu, təqsirləndirilən Maksim Əhmədovun isə taksi sürücüsü işlədiyi bildirilir.

Mənbə: lent.az

Son xəbərlər

Xəbər
Bu gün, 12:56

Xırdalanda keçmiş sevgilisini xatırlayan gənc özünü bıçaqladı

Aktual Xəbərlər
Bu gün, 12:20

Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə!

Kriminal
Bu gün, 11:01

Abşeronda qardaşının qayınatasını öldürən şəxsə hökm oxundu

Xəbər
Bu gün, 10:00

10 ayda 310 mindən çox çıxarış: bölgələr Bakını üstələdi

Aktual Xəbərlər
Bu gün, 09:57

Azərbaycanda 2364 reklam qurğusu sökülüb

Xəbər
Bu gün, 09:47

Ramiz Mehdiyev cəzasından narazıdır

Xəbər
Dünən, 18:00

Azərbaycanda gənc aktrisa vəfat edib

Xəbər
Dünən, 17:11

Binəqədi sakinlərinin kanalizasiya və yol dərdi: küçə bərbad haldadır - VİDEO

Xəbər
Dünən, 16:24

Birinci kurs tələbəsi vəfat etdi

Aktual Xəbərlər
Dünən, 16:09

İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibələr başlanır

Aktual Xəbərlər
Dünən, 15:39

Deputat tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif edib

Xəbər
Dünən, 15:25

Hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı qədər müavinət təklif olunur

Xəbər
Dünən, 15:19

Bakıda məşhur xəstəxana SÖKÜLÜR? - RƏSMİ AÇIQLAMA

Xəbər
Dünən, 15:15

İnternet xəttinə görə qonşusunu öldürən şəxsin məhkəməsi keçirildi

Xəbər
Dünən, 14:13

Gələn ildən gəlir vergisi bu qədər olacaq

Xəbər
Dünən, 13:30

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Xəbər
Dünən, 13:10

Nigar Camal "Porsche" aldı - VİDEO

Xəbər
Dünən, 12:03

"İnstitutda ya cihaz yoxdur, ya da var, işləmir!" - Həkimdən ŞİKAYƏT

Xəbər
Dünən, 11:19

Bakıda hamilə qadın həyatını itirdi

Xəbər
Dünən, 10:16

Bakıda sərxoş kişi maşını mağazaya çırpdı, qadını yumruqladı

Xəbər
Dünən, 09:53

Plastik cərrah sertifikatı olmayan həkimin şikayət təmin edilmədi

Xəbər
Dünən, 09:01

Bu gün  Xalq artisti Gülşən Qurbanovanın anım günüdür

Xəbər
Dünən, 08:50

Bu gün Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın doğum günüdür

Siyasət
Dünən, 08:30

Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:01

Milli Dirçəliş Günüdür

Aktual Xəbərlər
16 noyabr 2026, 18:00

Narkoloji müayinəyə yeni tələb müəyyənləşir

Xəbər
16 noyabr 2026, 16:44

Ramanada qanunsuz torpaq satışı ilə bağlı məhkəmədə şəhid atası ifadə verdi

Xəbər
16 noyabr 2026, 15:49

"Sanki "Azəriqaz"ın girovlarına çevrilmişik, başımıza oyun açırlar" – MASAZIRDAN ŞİKAYƏT

Oxşar xəbərlər