Sabunçu rayonunda ailə-məişət zəminində dava zamanı iki nəfər bıçaqlanıb və bir nəfər özünü yandırıb. Bu haqda 8 oktyabr tarixində APA məlumat verib.
Belə ki, Əfqan Hacıyevin həyat yoldaşı onunla dalaşıb və evdən çıxaraq anasının Maştağa qəsəbəsindəki evinə gedib. Hacıyev barışmaq məqsədilə qayınanasıgilə yollanıb. Amma qayınana, 54 yaşlı Xanım Xalıqova qızının boşanmağını istəyib. Bununla razılaşmayan Hacıyev əvvəlcə benzin içib, daha sonra isə alışqan mayeni üzərinə tökərək özünü yandırıb.
Bu xəbəri eşidən Əfqanın qardaşı Rüfət Hacıyev sözügedən ünvana gəlib və qardaşının yanıq xəsarətləri aldığını görərək əvvəlcə Xanım Xalıqovaya iki bıçaq zərbəsi vurub. Daha sonra isə Xalıqovanın 59 yaşlı qardaşı Rüstəm Babayevə də bıçaq zərbəsi vurub. Yaralılar 3 nömrəli xəstəxanaya çatdırılıblar. Özünü yandıran Ə.Hacıyev isə 2-ci dərəcəli yanıq diaqnozu ilə Yanıq Mərkəzinə yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.