Bakıda parklanma qaydasını pozan sürücü ağır tıxaca səbəb olub. Bu haqda Avtosfer.az 14 yanvar tarixində xəbər verib.
Paytaxtın "Kaspi" liseyinin qarşısında 99-TG-371 qeydiyyat nişanlı "Baic" markalı avtomobilin sürücüsü maşını yolun ortasında park edərək oradan uzaqlaşıb.
Yolda yaranmış tıxac səbəbindən sürücülər həmin avtomobilin sürücüsünü xeyli axtarmalı olublar. Bir müddət sonra sürücü tapılıb və onun, avtomobili yoldan çəkməsindən sonra hərəkət bərpa olunub.