Paytaxt sakinləri Cəlilabad rayonunda qanunsuz ov edən zaman tutulublar. Bu haqda bu gün, 31 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bakı şəhər sakinləri N.Qasımov və E.Fətəliyev həmçinin mülki şəxslər üçün silahın daşınması qaydalarını da pozublar.
Onların üzərindən 1 ədəd “Hatsan” markalı, 1 ədəd “Turac” markalı ov silahları və qanunsuz olaraq ovlanmış çöl heyvanları aşkarlanıb.
Faktla bağlı protokol tərtib olunub.