top
Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək
Bu gün, 13:38
- ↺ +

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Azərbaycanda hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı süni intellektə əsaslanan qərar-dəstək sistemindən istifadə nəzərdə tutulur.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, sistem laborator və digər diaqnostik müayinələrin nəticələrini avtomatik təhlil edəcək. Göstəricilər normativlərlə müqayisə olunacaq, həmçinin bir neçə göstəricinin birgə təhlili aparılaraq ayrı-ayrılıqda nəzərdən qaça biləcək risklər müəyyənləşdiriləcək.

Süni intellekt yekun tibbi rəy verməyəcək. Sistem mümkün riskləri və normadan kənarlaşmaları həkim-ekspertin diqqətinə çatdıracaq. Hərbi xidmətə yararlılıq barədə yekun qərarı isə hərbi-həkim komissiyası qəbul edəcək.

Hazırda sistemin tətbiqi aidiyyəti qurumlarla müzakirə və test mərhələsindədir.

Dövlət Xidmətinin məlumatına görə, çağırışla bağlı bir sıra xidmətlər artıq "MyGov" platformasında təqdim olunur. Vətəndaşlar tibbi şəhadətləndirmənin nəticələrini, çağırışdan möhlət, azad edilmə və müvəqqəti çağırılmama barədə məlumatları, eləcə də xidmət üçün təyin olunduqları qoşun növünü platformadan öyrənə bilirlər.

İlkin hərbi qeydiyyata alınma vəsiqəsinin kağız forması da ləğv edilib. Bu ilin əvvəlindən 2011-ci, sentyabr ayından isə 2009 və 2010-cu il təvəllüdlü kişi vətəndaşların ilkin hərbi qeydiyyata alınması tam elektronlaşdırılıb.

Bildirişlərin göndərilməsi, qərarların qəbulu, vətəndaşların məlumatlandırılması və tələb olunan sənədlərin alınması "MyGov" üzərindən həyata keçirilir.

mənbə: modern.az

Son xəbərlər

Xəbər
Bu gün, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Bu gün, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Bu gün, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Bu gün, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
03 oktyabr 2026, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
03 oktyabr 2026, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Oxşar xəbərlər