Paytaxt ərazisi və Abşeron rayonunda 18 nəfər saxlanılıb. Bu haqda bu gün, 14 yanvar tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Cari ayın ilk 10 günü ərzində keçirilən silsilə əməliyyatlar zamanı ümumilkdə 41 kiloqram narkotik və metamfetamin, eləcə də psixotrop maddələr dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işi açılıb. Əməliyyatlar davam edir.