Paytaxtın Binəqədi rayonunda yaşayış evi yanıb. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağı tam olaraq yanıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.