Dübəndi yaşayış massivi ərazisində dənizdə batmış 45 yaşlı Mikayıl Mirzəyevin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
"Vətəndaş ən yaxın xilasetmə məntəqəsindən 5 km məsafədə, nəzarət olunmayan ərazidə batıb", – deyə FHN-inn məlumatında bildirilib.
12:51 - Dübəndidə dənizdə bir nəfər batıb
Pirallahı rayonunda bir nəfər dənizdə batıb. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonuт Dübəndi yaşayış massivinin yaxınlığında baş verib. Bir nəfər dənizdə çimən zaman batıb.
Hazırda FHN-in əməkdaşları tərəfindən onun axtarışları aparılır.