Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində silah tapılıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Hövsan dəmir yolu stansiyası ərazisində Bərdə rayon sakini Rövşən Cabbarlıdan “FEG 37M” markalı tapança aşkar olunaraq götürülüb.
Onun barəsində araşdırmaya başlanılıb.