Bakı şəhərinin Hövsan dəmir yolu stansiyasında silahlı şəxs saxlanılıb. Bu haqda bu gün, 22 fevral tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Polis əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan Rövşən Cabbarlı tutulub. Əməliyyat zamanı ondan “FEG 37M” markalı tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tədbirləri aparılır.