Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində ödəniş terminalı oğurlanıb. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Belə ki, qəsəbə ərazisində yerləşən marketlərin birinin qarşısından içərisində 5926 manat pul olan ödəmə terminalının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sanel Nəsirov və Sərxan Şıxıyev saxlanılıblar, daha sonra üçüncü sübhəli bilinən şəxs - Allahverdi Rzayev də müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma davam edir.