Bakı şəhər sakini qanunsuz olaraq ov tüfəngi saxlayıb. Bu haqda bu gün, 11 oktyabr tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini B.Əliyevdən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.