Şəmkir rayonunda qətl törədən şəxs Bakıda tutulub. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Rayonun Çinarlı qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Mustafa Eyubov tüfənglə həmyerlisi Ruslan Bayramovu vurub. Daha sonra o, Bakı şəhərinə qaçıb.
Aparılan axtarışlar zamanı təqsirkar paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində tutulub. Onun Çinarlı qəsəbəsindəki evində “TOZ-16” markalı ov tüfəngi və 29 ədəd patron aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb.