Bakıda 47 narkotacir saxlanılıb. Bu haqda 20 sentyabr tarixində Report məlumat verib.
Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 47 nəfər saxlanılıb.
Onlarda 5 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
[caption id="attachment_70633" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]