Bakı Aeroportunda 40 ədəd “İPhone”-u ölkəyə qanunsuz keçirmək istəyiblər. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İstanbul-Bakı aviareysi ilə ölkəyə gələn 2 nəfər Azərbaycan vətəndaşının çantalarına baxış keçirilən zaman içərisində 7 ədəd “iPhone 14 Pro Max” 256 gb, 3 ədəd “iPhone 14 pro max” 128 gb, 17 ədəd “iPhone 14 pro” 128 gb, 13 ədəd “iPhone 14 pro” 256 gb aşkar edilib.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_76507" align="alignnone" width="640"]
Foto Dövlət Gömrük Komitəsinin rəsmi saytı[/caption]