Bakı sakini olan narkotacir tutulub. Bu haqda 7 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyatları zamanı Bakı şəhər sakini P.Müslümzadə saxlanılıb. Onun üzərindən 954 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.