Paytaxtın Suraxanı rayonunda birmərtəbəli evdə yanğın baş verib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 80 kv.m olan 2 otaqlı ev 15 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.