Bakı sakini piyadanı vurub. Bu haqda 7 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Oktyabrın 6-da saat 21 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Bakı şəhər sakini İ.Həsənov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Anar Baxşəliyevi vurub. Qəza nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.