Paytaxtın Yasamal rayonu, metronun “Nizami” stansiyası yaxınlığında bıçaqlanma baş verib. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
65 yaşlı Oqtay Babayev tanışı olan bir nəfərlə borc üstündə mübahisə edib. Nəticədə həmin şəxs O.Babayevi bıçaqlayıb. Yaralı bədəninin müxtəlif yerlərindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.