Azərbaycanlı rəssam Tofiq Cavadova həsr olunmuş sərgi-tədbir keçiriləcək. Bu haqda 3 iyun tarixində Bakuplus.az Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə istinadən xəbər verir.
5 №-li Uşaq İncəsənət Məktəbində 6 iyun saat 13:30-da XX əsr Azərbaycan rəngkarlığının tanınmış nümayəndəsi olan rəssam Tofiq Cavadova həsr olunmuş sərgi-tədbir baş tutacaq.
Tofiq Cavadov 7 fevral 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsində təhsil almışdır.