top
Cavan Zeynallı: Heç vaxt pulun arxasınca qaçmamışam
29 sentyabr 2026, 11:18
- ↺ +

Cavan Zeynallı: "Heç vaxt pulun arxasınca qaçmamışam"

Bu gün hər kəsin sevdiyi azərbaycanlı cazmen, Xalq artisti Cavan Zeynallının doğum günüdür. Bu münasibətlə cazmenlə əlaqə saxlayaraq ona bir neçə sual ünvanladıq.

Bakuplus.az sənətkarla qısa müsahibəni təqdim edir.

— Cavan müəllim, yeni yaşınızda özünüzə nə arzulayırsınız?

— Özümə daha çox konsert və çıxış arzulayıram. Daha çox səhnəyə çıxmaq istəyirəm. Mən heç vaxt pulun arxasınca qaçmamışam. Musiqi ilə məşğulam və Allah da həmişə bunun qarşılığını mənə verib.

— Geriyə baxanda həyatınızın hansı dövrünü xüsusi məhəbbətlə xatırlayırsınız?

— Mən həmişə məhəbbətlə əhatə olmuşam. Hər il mənim üçün xüsusi olub. Özümü çox xoşbəxt insan hesab edirəm. Küçədə rahat və sakit gəzə bilmirəm. İnsanlar yaxınlaşır, məni tanıyırlar, şəkil çəkdirmək istəyirlər. Ona görə də özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm.

Təəssüf ki, insanlar zaman keçdikcə yaxşılıqları unudurlar. Amma mən belə insan deyiləm. Mən heç bir yaxşılığı unutmuram. Həyatda yalnız yaxşılıqları xatırlayıram və yadda saxlayıram.

— Sizcə, enerjinizin və həyata olan sevginizin sirri nədədir?

— Mən musiqini və həyatı sevirəm. İnsan sevdiyi işlə məşğul olanda özünü xoşbəxt hiss edir. Mən də həmişə musiqinin içində olmuşam.

— Bu gün sizi uzun illərdir sevən, musiqinizi dinləyən və doğum gününüz münasibətilə təbrik edən insanlara nə demək istərdiniz?

— Mən belə insanları çox sevirəm. Sizi çox dəyərləndirirəm. Hamınızı bağrıma basıram.

Bakuplus.az saytı olaraq Cavan Zeynallını bir daha doğum günü münasibətilə ürəkdən təbrik edirik. Sənətkara uzun ömür, möhkəm cansağlığı, yaradıcılığında və karyerasında uğurlar arzulayırıq.

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Oxşar xəbərlər