top
Mir Cəlal Paşayevin anım günüdür
28 sentyabr 2026, 09:24
- ↺ +

Mir Cəlal Paşayevin anım günüdür

28 sentyabr görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin anım günüdür. 

Mir Cəlal Əli oğlu Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Ərdəbil vilayətində anadan olub. Uşaqlıq və gənclik illəri Gəncədə keçib. O, müəllimlik fəaliyyəti ilə yanaşı, ədəbiyyat və elm sahəsində də mühüm işlər görüb.

Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı, ədəbiyyatşünas alim və pedaqoq kimi tanınıb. Ədəbi fəaliyyətə 1928-ci ildə başlayıb. "Bir gəncin manifesti", "Dirilən adam", "Açıq kitab" kimi əsərləri Azərbaycan nəsrinin seçilən nümunələri sırasında yer alır. Onun hekayə və romanlarında cəmiyyət, insan xarakteri, mənəvi dəyərlər və həyatın müxtəlif problemləri geniş əks olunub.

Mir Cəlal həm də tanınmış ədəbiyyatşünas alim olub. O, Füzulinin yaradıcılığı və Azərbaycan ədəbi məktəbləri ilə bağlı mühüm elmi tədqiqatlar aparıb. 1940-cı ildə namizədlik, 1947-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. Uzun illər Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) müəllim və professor kimi çalışıb.

Mir Cəlal Paşayev 28 sentyabr 1978-ci ildə Bakıda vəfat edib. O, zəngin ədəbi və elmi irsi ilə Azərbaycan ədəbiyyatı və elminin tarixində özünəməxsus iz qoyub.

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Oxşar xəbərlər