top
Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA
26 sentyabr 2026, 17:40
- ↺ +

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Buğdanın idxalı və satışı, həmçinin buğda ununun və çörəyin istehsalı və satışına tətbiq olunan ƏDV güzəştlərinin müddəti 2027-ci il yanvarın 1-də başa çatır.

Güzəştlərin ləğv olunmasının un və un məhsullarının qiymətinə necə təsir göstərəcəyi hazırda əsas müzakirə mövzularından biridir. Məsələnin əsas məqamlarından biri Azərbaycanın buğda üzrə idxaldan asılılığıdır. Hazırda ölkənin buğda ilə özünü təminetmə səviyyəsi 55,4 faiz təşkil edir.

Mütəxəssislərin sözlərinə görə, əvvəlki illərdə Azərbaycanın buğda üzrə idxaldan asılılığı təxminən 70 faiz olduğu halda, hazırda bu göstərici 50 faizə qədər azalıb. Bildirilib ki, bu göstəricinin daha da aşağı salınması üçün taxılçılıqla məşğul olan fermerlərə müxtəlif güzəştlər və subsidiyalar verilir.

2026-cı ildə buğda üzrə məhsuldarlıq 2021-ci illə müqayisədə 10,3 faiz, 2025-ci illə müqayisədə isə 8,4 faiz artıb. Məhsuldarlıq hektardan 36,3 sentnerə çatıb. Bu il ölkədə buğda əkinlərinin ümumi sahəsi 460 min hektar, istehsal isə 1 milyon 605 min ton təşkil edib.

Buğda strateji ərzaq məhsulu olduğundan idxal daxili bazarda mövcud tələbatın tam və fasiləsiz təmin edilməsinə xidmət edir.

Mütəxəssislərin hesab edir ki, dünya bazarında buğdanın qiyməti və Azərbaycanın hələ də idxaldan asılı olması nəzərə alınaraq, güzəştlərin müddətinin uzadılması mümkündür.

Onların sözlərinə görə, buğdanın idxalına tətbiq olunan ƏDV azadolmasının daha 3 il müddətinə uzadılması gözlənilir. Bildirilir ki, güzəştlərin davam etdirilməsi qiymətlərin sabit qalmasına da töhfə verə bilər.

Çörəyin strateji ərzaq məhsulu olduğu və onun qiymətinin hökumət tərəfindən tənzimləndiyi də qeyd olunur.

Beləliklə, Azərbaycanda buğda istehsalı artsa da, daxili tələbatın tam ödənilməsi üçün idxala ehtiyac hələ də qalır. ƏDV güzəştlərinin müddətinin uzadılıb-uzadılmayacağı isə qarşıdakı dövrdə buğda, un və un məhsullarının qiymətləri baxımından mühüm məsələlərdən biri olacaq.

Mənbə: operativmm.аz

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Oxşar xəbərlər