top
Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA
25 sentyabr 2026, 17:17
- ↺ +

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıya tətilə gələn Katya və Amid Xan bloqer cütlüyün istirahəti xoşagəlməz hadisə ilə başa çatıb.

Qadının iddiasına görə, onlar İçərişəhərdə gəzərkən ehtiyatsızlıq nəticəsində ayağı çuxura düşüb və o, yıxılıb. Gəzintisini davam etdirən qadının bir neçə saat sonra ayağında şiddətli şişkinlik və dözülməz ağrılar yaranıb.

Bundan sonra cütlük Bakı şəhəri, Abbas Səhhət küçəsi 30 ünvanında yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib. Bloqerin sözlərinə görə, onu həkim Tariyel Əlibəyli qəbul edib.

Bloqer xəstəxanada yaşadıqlarını belə ifadə edib:

"Ayağım şişmişdi, hər addımım dözülməz ağrı ilə müşayiət olunurdu. Buna baxmayaraq, rentgen üçün məni küçədən keçərək qonşu binaya piyada getməyə məcbur etdilər. Nə əlil arabası, nə əsa, nə də hərəkət etmək üçün hər hansı yardım təklif olundu. Sınmış ayaqla piyada addımlamaq məcburiyyətində qaldım.

Daha bir şok yaradan məqam rentgen otağında baş verdi. Mən Azərbaycan dilini bilmirəm, işçi isə mənə ayağımı necə qoymalı olduğumu izah etməyə çalışırdı. Tərcümə edə biləcək həyat yoldaşımı içəri buraxmadılar. Nə tələb olunduğunu sadəcə anlamırdım. Sakitcə göstərmək və ya jestlərlə izah etmək əvəzinə, sınmış ayağımı tutub kobudcasına dartır və çevirirdilər".

Bloqerin iddiasına əsasən, ona ödənişli tibbi xidmət göstərilib və müayinədən sonra ciddi problemin olmadığı, sadəcə zədələnmə və əzilmə baş verdiyi bildirilib.

Onun sözlərinə görə, ayağına sarğı qoyulub, ağrıkəsici təyin edilib və evə buraxılıb. Bloqer bildirib ki, həkimlərin rəyinə güvənərək ayağına basıb hərəkət etməyə davam edib. Daha sonra hava limanına gedərək təyyarə ilə Rusiyaya qayıdıb. Onun iddiasına görə, uçuşdan əvvəlki gecə şiddətli ağrılar səbəbindən ağlayıb və demək olar ki, yata bilməyib.

"Səhvlərin hər yerdə ola biləcəyini və bir hadisəyə əsasən ölkənin bütün səhiyyəsi haqqında mühakimə yürütməyin doğru olmadığını anlayıram. Lakin turist güclü ağrı və şişkin ayaqla gələndə rentgen edib "sınıq yoxdur" deyirlərsə, Rusiyada isə yerdəyişmə ilə müşayiət olunan sınıq diaqnozu qoyulursa...
Biz tibbi yardım üçün ödəniş etdik və oradan bunun sıradan bir zədə olduğuna əminliklə ayrıldıq. Evə isə mən sınıq ayaqla qayıtdım. Bu səbəbdən Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (Abbas Səhhət küçəsi, 30) müraciətimlə bağlı şəxsi təcrübəm, təəssüf ki, məhz belə oldu.
Özünüzü qoruyun!" - rusiyalı turist bildirib.

Son xəbərlər

Xəbər
Bu gün, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
Bu gün, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
Bu gün, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
Bu gün, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
Bu gün, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
Bu gün, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
Bu gün, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
Bu gün, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Bu gün, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
Dünən, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
Dünən, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
Dünən, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Xəbər
Dünən, 16:20

Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı

Xəbər
Dünən, 15:20

Binədə makleri öldürənə HÖKM OXUNDU

Xəbər
Dünən, 14:26

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - YENİLƏNİB

Xəbər
Dünən, 13:43

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..." - ŞİKAYƏT

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 11:45

"Instagram"da tanış olduğu yeniyetmənin videosunu yaydı – HÖKM

Xəbər
Dünən, 11:42

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Xəbər
Dünən, 10:49

Sakinlər haqlı çıxdı: ağaclar qanunsuz kəsilibmiş...

Xəbər
Dünən, 10:44

Bakıda hotelin fəaliyyəti dayandırıldı – yanğın təhlükəsi

Xəbər
Dünən, 10:08

Ağır qəzada xəsarət alan sürücü xəstəxanada öldü

Xəbər
Dünən, 00:01

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
07 oktyabr 2026, 18:00

Bakıda yağışdan sonra su basan ev QARƏT OLUNDU

Xəbər
07 oktyabr 2026, 17:10

Göz içi linza gözdə ömürlük qalırmı? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti cavablandırır

Xəbər
07 oktyabr 2026, 16:10

Bakı-Qazax yolunda ağır qəza: 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Xəbər
07 oktyabr 2026, 15:10

Uşağın qanında psixotrop dərman aşkarlanmışdı: bağçanın direktoru işdən çıxarıldı

Xəbər
07 oktyabr 2026, 14:10

Bakı və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı

Oxşar xəbərlər