Bakıda daha bir sərginin açılışı olub. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 18 may tarixində xəbər verir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylərin gücü” devizi altında “Şuşa musiqiçiləri” adlı sərgi açılıb.
Sərgi “Şuşa İli”nə həsr olunub.
Tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin direktor müavini Təranə Zeynalova, mədəniyyət nazirliyinin sektor müdiri Aqşin Mirfeyzullazadə çıxış ediblər.
Tədbirin bədii hissəsində muzeyin Qədim musiqi alətləri ansamblı və solistlər - Xalq artisti Teyyub Aslanovun, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında konsert proqramı təqdim olunub.
[URIS id=44896]