Bakıda bəstəkar Firəngiz Əlizadənin yubileyinə həsr edilmiş kamera konserti keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 26 may tarixində xəbər verir.
İyunun 1-i, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq konsert Musiqi Festivalı çərçivəsində təşkil edilir.
Kamera konserti dünya şöhrətli bəstəkar, görkəmli ictimai xadim, Respublikanın Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, “Şöhrət” və “Şərəf” Ordenli və “Aga Khan Music Awards-2019” mükafatı laureatı, professor Firəngiz Əlizadəyə həsr olunub.