30 may, saat 13:00-da Bakı Avropa Oyunları Parkında "ALL STYLES" rəqs yarışması keçiriləcək. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az məlumat verir.
Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, "Cavan" Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilir. Bu müsabiqənin əsas özəlliyi ondan ibarətdir ki, DJ musiqini yerində seçir və iştirakçılar rəqs edəcəkləri musiqini əvvəlcədən bilmirlər.
Müsabiqəyə qoşulmaq istəyənlər qeydiyyatdan keçə bilərlər. İştirak ödənişsizdir.