Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı Tutu Aydınoğlunun konserti olacaq. Bu haqda BakuPlus.az bu gün, 6 iyun tarixində xəbər verir.
Ü.Hacıbəyli adına Azərbaycan Simfonik Orkestrinin müşayiəti ilə baş tutacaq konsertin dirijoru Mustafa Mehmandarov olacaq.
Musiqili gecədə yerli bəstəkarların müəllifi olduğu “Şuşa” simfoniyası və Fortepiano və orkestr üçün Konsert səslənəcək.
Tədbir 12 iyul, saat 19:00-da başlayacaq.