Bakının Beynəlxalq Muğam Mərkəzində 18 iyul tarixində yaponiyalı virtuoz pianoçu və bəstəkar Tempei Nakamuranın konserti olacaq. Bu haqda bu gün, 15 iyul tarixində Report məlumat verib.
Konsert Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş "Yaponiya-Azərbaycan Dostluğu İli" çərçivəsində təşkil olunur.
Tempei Nakamura Avropa turnesi çərçivəsində Yaponiyanı və dünyanın aktual problemlərini əks etdirən unikal musiqi əsərlərini ifa edəcək.
Nakamura Yaponiya, Amerika və Avropada bir çox konsertlər verib.