Bakıda balacalar üçün təşkil olunmuş “Little YARAT” proqramının ustad dərsləri davam edir. Bu haqda Bakuplus.az 23 iyul tarixində xəbər verir.
Proqram çərçivəsində növbəti dərs “Yayın dadı” mövzusuna həsr edilib. Ustad dərsi Günel Ravilovanın iştirakı ilə iyulun 30-u saat 12:00-da Rəngkarlıq Muzeyində keçiriləcək.
İştirak etmək istəyənlər üçün qeydiyyat çərşənbə axşamından cümə gününə kimi saat 12:00-dan 18:00-dək aparılacaq.