Bakıda “Bayatı Şiraz axşamı” adlı konsert proqramı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 2 iyun tarixində xəbər verir.
“Muğam axşamları” layihəsi çərçivəsində təşkil olunan konsert Beynəlxalq Muğam Mərkəzində iyunun 17-si saat 19:00-da baş tutacaq.
Gecənin qonaqları mərkəzin solistləri Rəvanə Qurbanova, Səbinə Ərəbli və Günay İmamverdiyeva olacaq.
Biletləri şəhərin kassalarından, eləcə də onlayn əldə edə bilərsiniz.