Dünya şöhrətli kamança ustası Mark Eliyahu Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Bu haqda BakuPlus.az bu gün, 7 iyun tarixində xəbər verir.
İyun ayının 19-da baş tutacaq konsert “Sevgi haqqında” ("About Love") adlı maraqlı turne çərçivəsində keçiriləcək.
Biletlərin qiyməti 40-220 manat arasında dəyişir. Biletləri sarayın kassalarından və ya onlayn əldə edə bilərsiniz.
Mark Eliyahu 20 il əvvəl görkəmli kaman ustası Habil Əliyevdən təsirlənərək öyrəndiyi kamança sənətinə 16 yaşında başlayıb. Bu günə qədər o, Habil Əliyevin ona hədiyyə etdiyi kamançada ifa edir.