Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 23 və 24 may tarixlərində “Sabunçu Kitab Festivalı” adlı kitab satış yarmarkası təşkil olunacaq. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az məlumat verir.
Sərgi Sabunçu Rayon İcra Hakimiyyəti və “Qanun” Nəşrlər Evinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbir Bakı Gənclər Mərkəzinin qarşısındakı istirahət parkında baş tutacaq.
Festivalda istirakçıları 30-dan çox yerli nəşriyyatın müxtəlif dillərdə və janrlarda kitabları, sevimli yazıçılarla görüşlər və imza saatları gözləyir.