Milli İncəsənət Muzeyi “Açıq qapı” günləri elan edib. Bu haqda 10 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün iqlim fəaliyyətinə dair xüsusi hazırlanmış “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” sərgisi çərçivəsində 9-30 oktyabr 2022-ci il tarixlərində “Açıq qapı” günləri elan edilib.
Sərgi layihəsi gənc nəslə, uşaq və yeniyetmələrə faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişiklikləri, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirici xarakter daşıyır. Sərgidə Layen Haykensin şəxsi kolleksiyasından hazırki iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlılar - hippopotamları əks etdirən eksponatlar nümayiş etdirilir.
Sərgi 2030-cu ilə qədər davam edəcək.