Ayaz Salayevin “Torpaq” filminin premyerası olacaq. Bu haqda 9 iyun tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Azərbaycan Respublika Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayevin “Torpaq” filminin premyerası keçiriləcək.
Filmin təqdimat mərasimi Mədəniyyət Nazirliyi, “Səlnamə” studiyası və Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə iyunun 14-də Nizami Kino Mərkəzində baş tutacaq.