Bakıda yerləşən “İçərişəhər Bookhouse&Cafe”də 11 və 14 oktyabr tarixlərində ödənişsiz film nümayişi keçiriləcək. Bu haqda 10 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Oktyabrın 11-də saat 19:00-da "Yuxu" filmi nümayiş olunacaq.
Həftənin cümə günü isə saat 16:00-da "The Royal Game" filmi (Stefan Tsvayqın "Şahmat" əsərindən) təqdim olunacaq. Səsləndirmə alman dilində, türkcə altyazı ilə təşkil ediləcək.
Giriş sərbəstdir.