Salaam Cinema Baku açıq mədəniyyət məkanının bağında 25 iyul, saat 19:00-da ictimai-satış fotofestivalı keçiriləcək. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az məlumat verir.
Festivalın əsas məqsədi fotoqraf icmasını yaratmaq, şəbəkələşmək və yeni fotoqraflara dəstək olmaqdır.
Festivalda iştirak etmək istəyənlər publicphotofest@gmail.com ünvanına istənilən janrda bir və ya bir neçə fotoşəkil göndərməli, həmçinin 18 sm ölçüdə fotoşəkilləri çap edib tədbirə bir neçə saat əvvəl gətirməlidirlər.
Şəkilləri göndərərkən ad və soyadı qeyd etmək zəruridir. Satışa çıxarılan bütün fotoşəkillər standart qiymətə - 10 manata satılacaq.