“Suraxanı” gəmi-muzeyində “Dənizə doğru…” adlı qrup sərgisi keçiriləcək. Bu haqda 13 iyul tarixində Bakuplus.az məlumat verir.
Azərbaycanın tanınmış rəssamlarının əsərlərindən ibarət sərgi 16 iyul 2022-ci il saat 18:00-da açılacaq və 17 iyula kimi davam edəcək. Sərgidə 40-a yaxın rəsm əsəri nümayiş olunacaq. Ziyarətçilər səmanı, dənizi və bu dənizdə üzən gəmilərin lövbər saldığı limanı təsvir edən rəssamların əsərləri ilə tanış olub, Xəzərə rəssamların gözü ilə baxacaqlar.
Sərginin açılış günü giriş sərbəstdir.