Bakının YARAT Mərkəzi və Rəngkarlıq Muzeyində 4 iyun tarixində Museum Day (Muzey günü) keçiriləcək. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az məlumat verir.
Gün ərzində qonaqları saat 09:00-dan saat 00:00-dək açıq havada konsert və DJ performansı, müxtəlif ustad dərsləri, qraffiti art, zumba, yoqa və meditasiya, panel diskussiya, teatr və bir çox tədbirlər gözləyir.
Tədbirdə iştirak ödənişsizdir, lakin bəzi tədbirlər üçün öncədən onlayn qeydiyyatdan keçmək önəmlidir.