Dünyaca məşhur kitabın müəllifi Bakıya gəlir. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Nigar Köçərlinin rəsmi səhifəsinə istinadən xəbər verir.
"Zolaqlı pijamalı oğlan" kitabının müəllifi Con Boyn paytaxtda keçiriləcək V Milli Kitab Sərgisində iştirak edəcək. O, 29 may tarixində Bakıda olacaq.Foto
Con Boynun kitabları 46 müxtəlif dilə tərcümə olunub. Onun ən məşhur romanı olan "Zolaqlı pijamalı oğlan" kitabı əsasında bir sıra prestij mükafatlar qazanan film çəkilib. Kitabın özünün isə dünyada 5 milyondan artıq nüsxəsi satılıb.