Bakıda “Gələcək gənclərindir” adlı görüş keçirilib. Bu haqda Azərtac 2 fevral tarixində xəbər verib.
Bakı Biznes və Kooperasiya Kollecində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir “2 fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə təşkil olunub.
Görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Bakı Biznes və Kooperasiya Kollecinin direktoru və başqaları çıxış ediblər.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov gəncləri maraqlandıran sualları cavablandıraraq onların təkliflərini dinləyib, tapşırıq və tövsiyələrini verib.
Sonda Bakı Avrasiya Universitetinin 10 fəal gənci tədbirlərin təşkilində göstərdikləri könüllülük fəaliyyətinə görə mükafatlandırılıb.
[URIS id=31892]